Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şuşa şəhərinin 2026-cı il üçün İƏT-in turizm paytaxtı elan edilməsi çox sevindirici bir hadisədir

0

  • Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev ölkəmizin həm iqtisadi, həm siyasi arenada dünyanın hegemon dövlətləri arasında tanınması və öz yerini tutması üçün mühüm və əhəmiyyətli nəticələrə əsaslanan tədbirlər görür, sərəncamlar imzalayır, müqavilələr bağlayır. Dünyanın həlledici problemlərinin müzakirə etdiyi təşkilat və qurumlarda Azərbaycanın iştirakı bu siyasətin sübutu deməkdir. Oktyabrın onunda Şuşa şəhərində İƏT-in Nazirlər Şurasının keçirilməsinin qərara alınması da Azərbaycanın bu qurumla sıx əməkdaşlığının göstəricisidir. Prezident İlham Əliyev Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanlanmış məktubunda qeyd etmişdir ki, iclasın Azərbaycan xalqı üçün müqəddəs olan, mədəniyyət paytaxtımız Şuşada keçirilməsi əlamətdar hadisədir. Möhtərəm Prezidentimiz məktubunda Azərbaycanın bu təşkilata üzv olmasının əhəmiyyəti, region ölkələri arasında iqtisadiyyat və ticarət sahələrdə əlaqələrin inkişaf etdirilməsi baxımından əlverişli imkanlara malik olmasını vurğulamışdır. Cənab Prezident müraciətində: "Bir neçə gün öncə Şuşa şəhərinin 2026-cı il üçün İƏT-ın turizm paytaxtı elan edilməsinə görə təşəkkürümü bildirirəm" demişdir. O, 30 ildən sonra ərazilərimizdə mövcud olan "Boz" zonanın aradan qaldırılması, separatizmə son qoyulması, hazırda Ernənistan-Azərbaycan münasibətlərinin narmallaşması üçün sülh müqaviləsinin imzalanması, işğaldan azad olunmuş torpaqlarda irimiqyaslı bərpa - quruculuq işlərinə başlanması, iki yeni hava limanının istifadəyə verilməsi və s. mühüm əhəmiyyət daşıyan quruculuq işləri haqqında fikirlərini bir daha vurğulamışdır. İlham Əliyev ünvanladığı məktubda bildirmişdir ki, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" proqramı milli prioritetlərimiz sırasındadır. Uğurla icra edilən proqram çərçivəsində bu günə qədər Laçın, Füzuli şəhərlərində, Ağalı, Zabux və Talış kəndlərinə köçkünlərin qayıtması təmin olunub. Növbəti üç ildə yüz minə qədər köçkünün doğma yurd-yuvalarına dönməsi planlaşdırılır. Möhtərəm dövlət başçımız Azərbaycan xalqı üçün dəyəri olan bəşəri əhəmiyyətə malik mədəni irsimizə - abidələrə, məscidlərə vurulmuş ziyandan da söz açmışdır. O həm də bildirmişdir ki, Azərbaycanın İƏT-da sədrlik mövzusunun "Yaşıl keçid və qarşılıqlı bağlantılar" kimi müəyyən edilməsi xüsusi aktuallıq kəsb edir. Genişmiqyaslı bərpa işləri "ağıllı şəhər"və "ağıllı kənd" konsepsiyasına uyğun həyata keçirilir. Bu kimi bir çox reallaşdırlan aktual mövzulara toxunan Cənab Prezident müraciətini bu sonluqla bitirmişdir: "Əminəm ki, bu iclas ölkəmizin və bütövlükdə regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları ətrafında faydalı fikir mübadiləsi aparmaq və səyləri əlaqələndirmək üçün əhəmiyyətli platforma olacaq, qarşılıqlı, faydalı əməldaşlığın yeni məzmunla zənginləşməsinə töhfə verəcəkdir. Əlbəttə, bütün bu atılan addımlar 30 illik həsrətdən sonra öz doğma yurdlarına yenidən qayıtmaq həsrətilə yaşayan soydaşlarımız üçün, onların gələcək həyatının təminatı üçün önəmlidir. Prezidentin sərəncamına əsasən, işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" Azərbaycanın 2030-cu ilədək 5 milli prioritetindən biri kimi müəyyən olunub. Bir Xocalı ziyalısı kimi deyə bilərəm ki, prezidentimizin İƏT-in Nazirlər Şurasının iclasının iştirakçılarına ünvanladığı məktub və müraciətlərindəki sözü gedən dövlət əhəmiyyətli mövzu və problemlərin həlli, "Böyük Qayıdışa dair I Dövlət Proqramı" nın reallaşdırılması Zəngəzur-Qarabağ ərazilərinə çox böyük töfhələr verəcək. Və çox uzun illər ərzində həllini tapmayan bu çətin qlobal problem reallaşacaq!Rahilə Mehtiyeva, Xocalı rayon ziyalısı
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi7 ay öncə
    İzlənib38 dəfə
    Şuşa şəhərinin 2026 il üçün İƏt in turizm paytaxtı elan edilməsi çox sevindirici bir hadisədir

    Maraqlı gələ bilər
    38
    23